...

Ceyhun Bayramov BMT baş katibinin müavinini Ermənistanın təxribatları barədə məlumatlandırıb (FOTO)

Siyasət Materials 6 Mart 2023 17:59 (UTC +04:00)
Ceyhun Bayramov  BMT baş katibinin müavinini Ermənistanın təxribatları barədə məlumatlandırıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

6 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri zamanı BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə Ali nümayəndəsi Rabab Fatima ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın BMT və onun qurumları ilə sıx əməkdaşlıq etdiyini və humanitar sahədə həyata keçirilən layihələrdə ölkəmizin iştirakı, ən az inkişaf etmiş ölkələrə göstərilən yardımlar, 130-a yaxın ölkəyə yardım proqramları barədə ətraflı məlumat verib. Azərbaycanın təqaüd və təlim proqramlarından faydalanmaq imkanları diqqətə çatdırılıb.

Nazir Azərbaycanın “Dayanıqlı İnkişaf Məqsədlərinin” həyata keçirilməsində əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edərək hazırda ölkəmizdə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində ölkəmiz tərəfindən göstərilən səylər barədə məlumat verən Ceyhun Bayramov Ermənistanın təxribatları barədə də məlumatı qarşı tərəfin diqqətinə çatdırıb.

BMT baş katibinin müavini, az inkişaf etmiş və dənizə çıxışı olmayan ölkələr üzrə Ali nümayəndəsi Rabab Fatima rəhbərlik etdiyi qurumun həmin ölkələrin üzləşdiyi problemlərin həlli istiqamətində gördüyü işlərdən danışıb. Rabab Fatima Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən irimiqyaslı layihələrin xüsusilə dənizə çıxışı olmayan region ölkələrinin nəqliyyat imkanlarını artıracağını və BMT-nin Davamlı inkişaf məqsədlərinin icrasına əsaslı töhfə verəcəyinə inamını ifadə edib. Azərbaycanın yardım proqramlarının əhəmiyyət daşıdığı bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti