...

İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağıq – Akademik Əhliman Əmiraslanov (FOTO/VİDEO)

Siyasət Materials 14 Mart 2023 11:55 (UTC +04:00)
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağıq – Akademik Əhliman Əmiraslanov (FOTO/VİDEO)

Bakı. Trend:

Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqlarımıza qayıdacağıq və ata-baba yurdumuzda əbədi yaşayacağıq. Prezident İlham Əliyevin bir müddət əvvəl Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlməsi, orada görüş keçirməsi və tarixi çıxış etməsi çox əlamətdar hadisə idi. Biz uzun illərdir Qarabağ həsrəti ilə yaşadıq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandıq.

Bunu Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının rəhbri, akademik Əhliman Əmiraslanov bildirib.

Akademik qeyd edib ki, indiki Ermənistan adlanan ərazilər tarixən Azərbaycan xalqına məxsus olub:

“Erməni separatçıları xalqımızı bu ərazilərdən zorla çıxarıb, bizə qarşı deportasiya, etnik təmizləmə siyasəti aparılıb. Bu bir faktdır ki, hazırda həmin yaşayış məntəqələrində demək olar ki, yaşayış yoxdur. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran qalıb. Bu fakt bir daha təsdiq edir ki, həmin ərazilər bizim xalqımıza məxsusdur. Azərbaycan dövləti Prezient İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlayıb.

Biz hamımız var gücümüzlə çalışmalıyıq və dövlət başçımızın müəyyən etdiyi hədəflərə doğru irəliləməliyik. Biz torpaqlarımıza topla-tüfənglə, tanklarla yox, sülh yolu ilə qayıdacağıq. Biz beynəlxalq miqyasda da təbliğati işlər aparmağı planlaşdırırıq. Hazırda Qərbi Azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın bir çoxu hazırda xarici ölkələrdə - Rusiya, Türkiyə və digər ərazilərdə yaşayırlar. Onların hətta bir neçə dərnəkəri, cəmiyyətləri var. Məqsədimiz həmin cəmiyyətlərlə əlaqə saxlamaq, onları da bu prosesə cəlb etmədkir. Biz bütün dünyaya sübut edəcəyik ki, bizim məqsədimiz sülhməramlı məqsəddir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti