...

Üçtərəfli bəyanatda Moskvanın Qarabağla bağlı təminat verdiyi qeyd olunmayıb - Rusiya qəzeti Paşinyanı təkzib edir

Siyasət Materials 15 Mart 2023 13:44 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın "Kommersant" qəzetində Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata dair sözlərini təkzib edən məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, dünənki mətbuat konfansında Paşinyanın Qarabağda təhlükəsizliyin qarantının Rusiya Federasiyası olduğuna dair tezisi "yetərincə gözlənilməz" səslənib.

"Qeyd etmək lazımdır ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Rusiya tərəfindən Qarabağla bağlı təminata dair heç bir xatırlatma yoxdur", - materialda deyilir.

Məqalədə Paşinyanın Ermənistanın təkcə Rusiyaya bel bağlaya bilməyəcəyinə dair sözlərinə istinad olunur.

"Biz qeyd etməliyik ki, mövcud təhlükəsizlik arxitekturası işə yaramadı. Dürüst olmaq lazımdırsa, biz onun işə yaramayacağını bilirdik", - deyən Paşinyan öz hakimiyyətinin "hərbi-siyasi sferada çox sayda digər ölkələrlə əməkdaşlığı tənzimləməyə çalışdığını" etiraf edib. O inandırıb ki, Moskva bu cəhdlərdən xəbərdardır.

Bununla belə, Nikol Paşinyanın fikrincə, 2020-ci ilin payızında Ermənistan müttəfiqləri tərəfindən yetərincə kömək almadığı üçün deyil (halbuki o daha əvvəl bu faktora dəfələrlə eyham vurmuşdu), orduda "beşinci kolon fəaliyyət göstərdiyi" üçün məğlub olub. O söhbətin məhz kimdən getdiyini konkret olaraq göstərməyib", - qəzetdə yazılır.

Daha sonra "Kommersant" yazır: "Nikol Paşinyan "beşinci kolon" olaraq görünür, erməni əsilli nüfuzlu rus media menecerləri Marqarita Simonyan və Aram Qabrelyanovu, həmçinin Dövlət Dumasının deputatı Konstantin Zatulini hesab edir.

O jurnalistin sualını cavablandırarkən bu insanların Ermənistana girişinin həqiqətən qadağan olunduğunu ilk dəfə təsdiqləyib. "Ermənistan suveren dövlətdir və özünə qarşı hörmət gözləmək, maraqlarına qarşı qəsdlərin qarşısını almaq üçün suveren vasitələr tətbiq etmək hüququna malikdir", - o açıqlayıb. — O cümlədən xalq tərəfindən seçilmiş hakimiyyətə qarşı hörmət nümayiş etdirilməlidir". Söhbət Azərbaycanla sülh sazişi üzrə danışıqlara gəldikdə isə Paşinyan aydınlıq gətirib ki, qərb formatlı tənzimləməyə sadiqdir və qısa müddətdə rus formatına keçidi gözləməyə dəyməz", - materialda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti