...

Ordumuz daha xəbərdarlıq etməyəcək: Yollar nəzarətə götürülür

Siyasət Analytics 25 Mart 2023 21:00 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib.

Müdafiə Nazirliyinin məsələ ilə bağlı yaydığı son açıqlama bu baxımdan diqqətə layiqdir.

İş ondadır ki, Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.

Azərbaycanın Qarabağ iqtisadi rayonuun şimalında müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingentinə (RSK) və Ermənistana müraciətlər, xəbərlarlıqlar zamanı artıq geridə qalıb.

Rəsmi Bakının dəfələrlə xəbərdarlıqlar etməsinə rəğmən, Ermənistandan Xankəndinə, habelə RSK nəzarətində olan ərazilərə canlı qüvvə, silah-sursat və s. kimi qanunsuz yüklərlə silahlıların daşınması dayanmayıb.

Tam əksinə, ermənilər yeni yollar çəkməyə çalışırlar.

Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Bu isə həmin yollara Azərbaycan ordusunun nəzarət etməsi deməkdir.

Müdafiə Nazirliyimiz zərurət qarşısında qalaraq belə addımlar atmağa məcbur olub. Çünki Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işlərinin intensivləşməsi Azərbaycan Ordusunun texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunur.

Məhz bu səbəbdən ordumuz suveren ərazilərimizdə diversiyaların, terror hücumlarının və təcribatların qarşısını almaq üçün belə addımlar atmağa vadar olub.

RSK-ya gəldikdə isə, rusiyalı sülhməramlılara dəfələrlə, sürəkli müraciətlər edilsə də, onlar səlahiyyətlərini və vəzifə borclarını yerinə yetirmək, zəruri tədbirlər görmək əvəzinə Ermənistanın məkrli planlarına görməzdən gəlirlər, ermənilərə havadarlıq edirlər.

Rəsmi Bakı indiyədək dəfələrlə xəbərdar etmişdi ki, məsuliyyət bilavasitə Ermənistanın üzərinə düşür.

İndisə təhlükəli və dözülməz situasiyaya son qoyulur, Ermənistandan ərazimizə, separatçılara silah-sursat, personal və minalar daşınmasının qarşısı alınır.

Ordumuz yolları nəzarətə götürür.

O yollar təhlükə yox, sülh yolları olmalıdır.

Olacaq da.

Xəbər lenti

Xəbər lenti