...

Ermənilər növbəti dəfə klassik ənənələrinə uyğun olaraq, Bakının təkliflərini cavabsız qoyurlar - Elçin Mirzəbəyli

Siyasət Materials 29 Mart 2023 14:40 (UTC +04:00)
Ermənilər növbəti dəfə klassik ənənələrinə uyğun olaraq, Bakının təkliflərini cavabsız qoyurlar - Elçin Mirzəbəyli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan öz mövqeyinə, prinsiplərinə sadiq qalaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün bir tərəfdən Ermənistanla münasibətlərin normalaşdırılması istiqamətində əldə olunmuş razılaşmalara və beynəlxalq hüququ norma və prinsiplərinə uyğun tədbirlər həyata keçirməklə üzərinə düşən vəzifələri yerinə yetirir, digər tərəfdən isə ölkəmizin ərazisində - Qarabağda yaşayan ermənilərlə birbaşa təmaslar qurnağa çalışır. Azərbaycanın Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq niyyəti ilə növbəti dəfə Bakıya dəvət etməsi də bu konstruktiv və humanist niyyətə xidmət edir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, istər Avropa İttifaqının, istərsə də digər beynəlxalq təsisatların, o cümlədən bölgədə davamlı sülhün əldə olunmasında maraqlı olan ölkələrin birbaşa təmasları dəstəkləmələri, dialoq mühitinin və qarşılıqlı etimadın formalaşmasında maraqlı olduqlarını ifadə etmələri də Azərbaycanın təşəbbüslərinin ən doğru və ən real seçim olduğunu bir daha təsdiqləyir.

“Bütün bunlara baxmayaraq, ermənlərin növbəti dəfə öz klassik ənənələrinə uyğun olaraq, rəsmi Bakının təkliflərini cavabsız qoymaları, həm Ermənistanın, həm də Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin qarşılıqlı münasibətlərin sivil və konstruktiv müstəvidə inkişafında maraqlı olmadıqlarını, mövcud vəziyyətdən və reallıqlardan nəticə çıxarmadıqlarını göstərir.

44 günlük müharibədən sonra regionda cərəyan edən proseslər sübuta yetirir ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan, reinteqrasiya prosesini qəbul etməkdən başqa alternativləri yoxdur. Bu, cənab Prezidentin qeyd etdiyi kimi, yeganə çıxış yoludur. Təmaslardan qaçmağın, qeyri-konstruktivliyin, separatçı və revanşçı meyllərin, təxribatların yeganə alternativi Azərbaycan torpaqlarının tərk edilməsidir.

Heç bir qüvvə Azərbaycan xalqını və dövlətini öz ədalətli və qətiyyətli mövqeyindən çəkindirə bilməz. Mövcud vəziyyətdən çıxış üçün üçüncü yol yoxdur və bu istiqamətdə edilən bütün cəhdlər iflasa uğrayacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti