...

Ayxan Hacızadə iranlı həmkarına cavab verib: İran rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır

Siyasət Materials 1 Aprel 2023 12:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə İran xarici işlər naziri sözçüsü Nasir Kənaniyə cavab verib.

Trend-in məlumatına görə, bu barədə A.Hacızadə tvitter hesabında paylaşım edib.

"Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran tərəfi mühakimə yürütməkdə normadan və rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır. Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti