...

Prezident İlham Əliyev: Bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək

Siyasət Materials 7 Aprel 2023 15:15 (UTC +04:00)
Prezident İlham Əliyev: Bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək

Qəbələ. Trend:

Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

Trend xəbər verir ki, bunu aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu gün bir çox önəmli məsələlər müzakirə olunmuşdur və biz gələcək fəaliyyətimizi də əldə edilmiş razılaşmalar əsasında quracağıq.

Təbii ki, Gürcüstan və Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır. Əlbəttə ki, bizim aramızda olan dostluq əlaqələri və bu sahədə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün də böyük töhfədir. Azərbaycan təbii qazının Avropa istiqamətinə ixracı ildən-ilə artmaqdadır. Bütövlükdə bu il Azərbaycan dünya bazarlarına 24,5 milyard kubmetr qaz ixrac edəcək və bu rəqəm ildən-ilə artır.

Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəqlini təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti