...

May ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək - MSK

Siyasət Materials 12 Aprel 2023 16:30 (UTC +04:00)
May ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək - MSK
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı bütün seçki dairələrindən məlumatlar müəyyən edilmiş vaxt çərçivəsində Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Trend-in məlumatına görə, bunu Mərəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, hazırda təqdim edilmiş sənədlər yoxlanılır və may ayının sonuna qədər seçicilərin dəqiq siyahısı müəyyən ediləcək.

Qeyd edək ki, Azərbaycanda hər ilin yanvar ayından seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti