...

Gimnastikada əldə edilmiş uğurlar Birinci vitse-prezident, Federasiyanın prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında görülmüş işlərin nəticəsidir - Nurlana Məmmədzadə

Siyasət Materials 14 Aprel 2023 12:04 (UTC +04:00)
Gimnastikada əldə edilmiş uğurlar Birinci vitse-prezident, Federasiyanın prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında görülmüş işlərin nəticəsidir - Nurlana Məmmədzadə

Bakı. Trend:

Gimnastikada əldə edilmiş uğurlar Birinci vitse-prezident, Federasiyanın prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında görülmüş işlərin nəticəsidir.

Trend-in məlumatına görə, bunu bu gün Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin açılış mərasimində Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə deyib.

"Azərbaycan Gimnastika Federasiyası adından bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində hər birinizi salamlamaq çox xoşdur. Artıq 3-cü dəfədir ki, doğma Bakı bu mötəbər yarışa ev sahibliyi edir. Daha öncə 2018 və 2019-cu illərdə AGF Trophy beynəlxalq turniri paytaxtımızda keçirilmişdir.

Əvvəlki illərdən fərqli olaraq, bu dəfə biz 14 ölkədən, həm gənclər həm də böyüklər yaş kateqoriyasına daxil olan zərif gimnastların mübarizəsinin şahidi olacağıq.

Ölkəmizdə belə yarışların təşkili heç də təsadüfi deyil. Azərbaycan gimnastlarının iri miqyaslı beynəlxalq yarışlarda göstərdikləri nəticələr Bakı məktəbinin uğurundan xəbər verir. Bu da öz növbəsində paytaxtımızda keçirilən beynəlxalq yarışlara xarici gimnastların marağını artırmaqla yanaşı, Bakıda keçirilən təlim-məşq toplanışlarında iştirak edən gimnastların sayını günü-gündən artırır.

Bütün bunlar dövlətimiz tərəfindən ölkəmizdə idmanın inkişafına göstərilən diqqət, ölkənin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülmüş işlərin nəticəsidir.

Bütün yarış iştirakçılarına cansağlığı və uğurlar arzulayıram!

Bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirini açıq elan edirəm!", - deyə N.Məmmədzadə çıxışını yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti