...

Heydər Əliyevin həyatının amalı xalqına, dövlətinə şərəflə xidmət etmək olub - Elşad İsayev (FOTO/VİDEO)

Siyasət Materials 18 Aprel 2023 10:10 (UTC +04:00)
Heydər Əliyevin həyatının amalı xalqına, dövlətinə şərəflə xidmət etmək olub - Elşad İsayev (FOTO/VİDEO)

Bakı. Trend:

Heydər Əliyev Sovetlər dövründə təhlükəsizlik orqanlarında çalışdığı zaman, Azərbaycana rəhbərlik etdiyi illərdə, müstəqillik dövründə ölkə prezidenti kimi daim tarix yazıb, onun həyatının amalı xalqına, dövlətinə şərəflə xidmət etmək olub.

Bu fikirləri Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində təhlükəszilik orqanlarının veteranı, polkovnik Elşad İsayev bildirib.

O, qeyd edib ki, ulu öndər Heydər Əliyev tanrı tərəfindən Azərbaycan xalqına bəxş edilmişdi.

"Onun ölkəmiz qarşısındakı müstəsna xidmətləri xalqımız tərəfindən əbədi hörmətlə anılacaq. Heydər Əliyev təhlükəsizlik orqanlarında rəhbər vəzifəyə təyin olunanda orqanlarda kadrlar çox da peşəkar deyildi. Əməkdaşların əksəriyyəti adi kurslar keçmiş insanlar idi, ali təhsilləri yox idi. Heydər Əliyevin sayəsində peşəkar kadr hazırlığı məsələləri gündəmə gətirildi. Təhlükəsizlik orqanlarında saflaşma, milliləşmə prosesi getdi. Azərbaycanlı gənclər vəzifələrə irəli çəildi", - deyə o əlavə edib.

Polkovnik qeyd edib ki, Heydər Əliyev 1969-cu ildən sonra Azərbaycana rəhbərlik etdiyi illərdə də ölkənin hərtərəfli inkişafına, yüksəlişinə nail olub.

"Amma xüsusi xidmət orqanlarına diqqət və qayğı həmişəki kimi davam edirdi. Heydər Əliyevin həmin illərdə məqsədli şəkildə ittifqaın müxtəlif hərbi məktəblərinə oxumağa göndərdiyi gənclərimiz müstəqillik illərində ölkəmizin kadr potensialını formalaşdırıb. Həmin gənclər hazırda da xüsusi xidmət orqanlarında, orduda və digər önəmli dövlət qurumlarında yüksək vəzifələr tuturlar. Heydər Əliyev hansı addım atırdısa, dövlətin və xalqın mənafeyini. gələcəyini düşünürdü", - deyə E.İsayev əlavə edib.

E.İsayev həmçinin vurğulayıb ki, müstəqilliyin ilk illərində Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan məhv olacaqdı.

"Xalqın gələcəyə ümidi yox idi. Ümid ancaq Heydər Əliyevə idi. Heydər Əliyev rəbhərliyə gələn kimi bütün sahələrdə vəziyyəti nəzarətə götürdü. Tədiricən sabitlik yarandı, iqtisadiyyat inkişaf etdi, ordu quruculuğuna başlandı, ölkə xilas oldu. Bu günkü güclü və qüdrətli Azərbaycanın möhkəm təməli həmin illərdə ulu öndər tərəfindən qoyuldu, - deyə E.İsayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti