...

Azərbaycan və Fransa XİN rəhbərlərinin mətbuat konfransı keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Siyasət Materials 27 Aprel 2023 13:43 (UTC +04:00)
Azərbaycan və Fransa XİN rəhbərlərinin mətbuat konfransı keçirilib (FOTO/VİDEO) (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransı keçirilib.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər.

Nazir qeyd edib k, iki ölkə birgə böyük layihələr həyata keçirib, böyük enerji, neft-qaz layihələri, infrsatruktur layihələrində Fransa şirkətlərinin iştirakı olub, ümumilikdə sosial, iqtisadi, humanitar, mədəniyyət, təhsil, elm sahələrində qarşılıqlı əməkdaşlıq müşahidə olunub.

C.Bayramov həmçinin qeyd edib ki, Azərbaycan heç zaman Fransa ilə münasibələrin gərginləşməsinə səbəbkar olmayıb. Hətta münasibətlər gərgin olan zaman Azərbaycan təmaslardan çəkinməyib.

"Fransalı həmkarımla görüşdə regional məsələlər və digər məsələlər ətrafında fikir mübadiləsi oldu. Uzun illər ərzində Azərbaycan-Fransa münasibətləri dinamik inkişaf edib və uğurlu bir əməkdaşlıq kimi səciyyələndirilə bilər", - C.Bayramov qeyd edib.

Öz növbəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna isə bildirib ki, Azərbaycanla Fransa tarixi tərəfdaşdır və iki ölkə arasında dialoqa ehtiyac var.

"Bu gün səhər Prezident İlham Əliyev məni qəbul etdi və bizim çox səmimi söhbətimiz oldu. Cənab nazir, mən bu dialoqun davam etdirilməsi üçün sizi Fransaya dəvət edirəm", - K.Kolonna deyib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycan 26 aprel tarixində Azərbaycana rəsmi səfərə gəlib. Fransalı nazir Azərbaycandan sonra Ermənistana və Gürcüstana səfər edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti