...

İqor Levitin: Heydər Əliyevin sayəsində Rusiyanın Uzaq Şərqə çıxışı var

Siyasət Materials 27 Aprel 2023 11:00 (UTC +04:00)
İqor Levitin: Heydər Əliyevin sayəsində Rusiyanın Uzaq Şərqə çıxışı var

Bakı. Trend:

Rusiya prezidentinin köməkçisi İqor Levitin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Baykal-Amur magistralının (BAM) tikintisinə və bununla müasir Rusiyanın nəqliyyat infrastrukturuna verdiyi töhfədən danışıb.

Trend cümə axşamı "Vestnik Kavkaza" xəbər agentliyinə istinadən xəbər verir ki, o Heydər Əliyevin BAM layihəsinin irəliləməsində məqsədyönlü və əzmli olduğunu qeyd edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Baykal-Amur magistralının tikintisinə verdiyi töhfəyə həsr olunmuş sərgidə Rusiya prezidentinin köməkçisi İqor Levitin "Vestnik Kavkaza" müxbiri ilə söhbətində bildirib ki, Heydər Əliyevin əzmi və peşəkarlığı sayəsində Rusiya bu gün Uzaq Şərqə quru yolu ilə etibarlı yükdaşıma marşrutuna malikdir.

"Bugünkü tədbir Rusiya və Azərbaycanın nəqliyyat nazirlikləri və dəmir yolu administrasiyaları tərəfindən hazırlanıb. Heydər Əliyevin yüzilliyi ərəfəsində onun fəaliyyət istiqamətlərindən bir fraqment olaraq Baykal-Amur magistralının tikintisini göstərmək istədik. Onun fəaliyyətinin digər istiqamətləri də olub, lakin biz bu gün məhz bu mövzuya fokuslanmışıq", - İ.Levitin deyib.

"Heydər Əliyev Siyasi Büroya və hökumətə bu yolun lazım olduğunu sübut edənlərdən biri olub. Onunla heç də hamı razı deyildi, lakin Heydər Əliyev onları inandıra bildi. İndi artıq 50 il ötəndən sonra görürük ki, əgər BAM-ın tikintisi ideyasının müdafiəsində Heydər Əliyevin məqsədyönlülüyü, əzmkarlığı və qətiyyəti olmasaydı biz bu gün indiki həcmdə yüklərlə Uzaq Şərqə gedə bilməzdik", - deyə Rusiya prezidentinin köməkçisi vurğulayıb.

İqor Levitin özünün də BAM-da çalışdığını və Heydər Əliyevlə şəxsən görüşdüyünü bildirib.

"Heydər Əliyev BAM-ın tikintisi üzrə kurator olduğundan tikintinin həm qərb, həm də şərq sahələrini ziyarət edirdi. Mən onunla şərq sahəsində görüşmüşəm - o zaman mən Heydər Əliyevin gəldiyi dəmir yolu stansiyasının hərbi komendantı idim", - deyə o bildirib.

"Mən onun BAM işçiləri ilə görüşlərini görmüşəm, onlarla necə danışdığını eşitmişəm. Heydər Əliyevi tikinti meydançasına gələnlərdən bir xüsusiyyət fərqləndirirdi: o neçə kilometr inşa olunduğunu soruşmazdan əvvəl insanların məişət şəraiti, necə yaşadıqları, necə yerləşdikləri, uşaqlarının məkbətə və bağçaya necə getdiyi barədə soruşurdu. Onun əsas sualları bunlar idi, daha sonra söhbət tonlardan, kilometrlərdən və kublardan gedirdi. Bu mənim yadımda qalıb", - İ.Levitin sonda deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti