...

Prezident İlham Əliyev: İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

Siyasət Materials 3 May 2023 19:24 (UTC +04:00)
Prezident İlham Əliyev: İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib

Bakı. Trend:

İşğal vaxtı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə gəldikdə, İrandan daha çox gözləntilərimiz var idi.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib.

Dövlətimizin başçısı deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib, BMT-də və İslam Əməkdaşlığı Təşkilatı daxilində ölkəmizin ərazi bütövlüyünün lehinə səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti