...

ABŞ Rusiya və İran arasında əməkdaşlığa qarşı mübarizə üzrə qanun layihəsi hazırlayır

Siyasət Materials 18 May 2023 06:14 (UTC +04:00)
ABŞ Rusiya və İran arasında əməkdaşlığa qarşı mübarizə üzrə qanun layihəsi hazırlayır

Bakı. Trend:

ABŞ senatoru Ted Kruz (Texas ştatından respublikaçı) sanksiyalar tətbiq etməklə Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığa qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təqdim etmək niyyətindədir.

Trend xəbər verir ki, bunu respublikaçı Vaşinqtonun Qudzon Universitetində çıxışı zamanı deyib.

"Rusiya ilə İran arasında əməkdaşlıq genişmiqyaslıdır və dərinləşir. )ABŞ Prezidenti Co - red.) Bayden administrasiyası buna qarşı durmağa belə çalışmır. Buna görə də mən C.Bayden administrasiyasını bir sıra cəbhələrdə İran və Rusiya arasında əməkdaşlığa qarşı çıxmağa məcbur edən <...> qanun layihəsinin dəstəklənməsi üçün çalışıram", - deyə o bildirib.

O izah edib ki, qanunvericilik təşəbbüsü Rusiya və İranın hərbi-texniki əməkdaşlıqda istifadə etdiyi "banklara, neft tankerlərinə, təyyarələrə, hava limanlarına, gəmilərə və gəmiqayırma zavodlarına qarşı Ukraynaya aid mövcud sanksiyaların tətbiqini" nəzərdə tutur.

Bundan əlavə, senatorun qeyd etdiyi kimi, bu qanun layihəsi "İranın xaricdəki milyardlarla dolları bloklamaq" məqsədi daşıyır. T.Kruzun sözlərinə görə, məsələ ondadır ki, "atomla bağlı daha bir sövdələşmə" bağlanacağı təqdirdə Tehran bu vəsaitlərə çıxış əldə edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti