Bakı. Trend:
Cənubi Qafqazda minatəmizləmə məsələsinə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır.
Trend cümə günü xəbər verir ki, bunu “LİNKS Europe”ın direktoru Dennis Sammut Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda deyib.
"Mən dünən dağılan evə baxanda uzun illər bundan əvvəl bu yerlərdə ailələrin yaşadığı barədə düşündüm. Cənubi Qafqazda minatəmizləmə məsələsinə insani nöqteyi-nəzərdən yanaşmalıyıq", - o deyib.
"Beynəlxalq ictimaiyyət minalı sahələr probleminin həlli üçün daha çox humanitar səylər göstərməlidir. Öz torpaqlarına qayıtmalı olan yüz minlərlə insanların hüquqlarını nəzərə almalıyıq. Bu insanlar 90-cı illərdən bəri qaçqın şəraitində yaşayırlar", - deyə o bildirib.
"Azərbaycan regionun ən güclü ölkəsidir və biz regionda Azərbaycanın liderliyini qəbul etməliyik", - o deyib.
Denis Sammut minatəmizləmə işlərinin Azərbaycanda böyük problem olduğunu, lakin ölkənin bu sahədə artıq təcrübəyə malik olduğunu qeyd edib.
"İlin sonunadək regionda minatəmizləmə üzrə konfrans keçirilməsi ilə bağlı həmkarlarıma müraciət etmək istərdim", - deyə D.Sammut son olaraq bildirib.