...

Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 27 May 2023 19:08 (UTC +04:00)
Milorad Dodik Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə Bosniya və Herseqovinanın Serb Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Mən fəxrlə demək istəyirəm ki, Bosniya və Herseqovinanın Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşmaya və qarşılıqlı hörmətə əsaslanan səmimi dostluq münasibətləri mövcuddur. Böyük geosiyasi dəyişikliklər, eləcə də siyasi və iqtisadi arenada çağırışlar dönəmində hər bir ölkənin daxili işlərinə, o cümlədən xarici siyasətinə anlayış və hörmət göstərmək son dərəcə vacibdir.

Sizin müdrikliyiniz və xarizmanız ölkənizi, xalqınızı tərəqqi yolu ilə irəliyə aparır və onilliklərdir ki, xalqınızın etimadını doğruldursunuz. Bu, təqdirəlayiq və hörmət ediləsi bir həqiqətdir.

Mən qəti şəkildə əminəm ki, ikitərəfli əməkdaşlığımız bir çox sahələrdə inkişaf edəcək və möhkəmlənəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də ölkələrimizə faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi qoruyub saxlamaq, qarşılıqlı hörmət əsasında daha da inkişaf etdirməkdir.

Möhtərəm Prezident, icazə verin, Sizə bir daha dərin minnətdarlığımı, möhkəm cansağlığı, eləcə də dost Azərbaycan xalqının firavanlığı və inkişafı naminə xoş arzularımı çatdırım".

Xəbər lenti

Xəbər lenti