Bakı. Trend:
Demokratiyanı, insan haqlarını müdafiə edən ölkələrdə islamofobiyanın, irqçiliyin şahidi oluruq.
Trend-in məlumatına görə, bu barədə İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.
“İslamofobiya, irqçilik qəbuledilməz haldır. Bu gün demokratik sayılan, insan haqlarını müdafiə edən ölkələrdə islamafobiyanın, irqçiliyin şahidi oluruq”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.