...

Azərbaycan başqa ölkələrin müstəmləkə siyasətinin işıqlandırılmasında xüsusi rol oynayır - Emanuel Arqo

Siyasət Materials 5 İyul 2023 15:29 (UTC +04:00)
Azərbaycan başqa ölkələrin müstəmləkə siyasətinin işıqlandırılmasında xüsusi rol oynayır - Emanuel Arqo
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dekolonizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətli rola malikdir.

Bu barədə Trend-ə özəl açıqlamasında Qoşulmama Hərəkatının Nazirlər iclasında iştirak edən Martunik (Martinique) nümayəndəsi Feliks Stefan Emanuel Arqo deyib.

“Biz bu problemlər haqqında Azərbaycanda azad şəkildə danışa bilirik. Lakin başqa yerdə xüsusilə Fransada bunu dilə gətirə bilmirik. Azərbaycan başqa ölkələrin müstəmləkə siyasətinin işıqlandırılmasında xüsusi rol oynayır. Mənim ailəmdə illər öncə Fransanın bu müstəmləkəçi siyasətinə məruz qalıb. İnsanlar hələ də Fransa da əziyyət çəkirlər”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

Bakıda keçirilən görüşdə çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

"Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.

Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti