Bakı. Trend:
Biz Azərbaycan Prezidenti İlham Əliyevlə bu razılığa gəldik ki, tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatını tezliklə aktivləşdirək.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşündə jurnalistlərə açıqlamasında deyib.
"Araz dəhlizinin aktivləşdirilməsi ilə bağlı İran Prezidentinin xüsusi göstərişi vardı. Bu kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinə təkan verəcək. Demək olar ki, bu dəhliz Azərbaycanı Naxçıvanla bağlamaqda çox mühim rol oynayacaq. Regionda kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevlə çox geniş müzakirələr apardıq", - deyə o bildirib.