...

FETÖ kimi terror təşkilatları əsasən gənclərin beyinlərini yumağa çalışır - ekspert

Siyasət Materials 29 İyul 2023 23:11 (UTC +04:00)
FETÖ kimi terror təşkilatları əsasən gənclərin beyinlərini yumağa çalışır - ekspert
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xarakterindən asılı olmayaraq, Türkiyədə baş verən istənilən hadisə bizə birbaşa təsir edir, o cümlədən də Azərbaycanda yaşananların qardaş ölkəmizə təsiri var.

Bu ifadələri Trend-ə açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu deyib.

2016-cı il iyulun 15-də Türkiyədə özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup başıpozuq hərbçinin dövlət çevrilişinə cəhd göstərməsi hadisəsini xatırladan C.Musaoğlu bildirib ki, qardaş ölkədə yaşanan qanlı olaylar Azərbaycan dövlətini və xalqını dərindən narahat etmişdi: “Azərbaycan dövlət çevrilişi cəhdini ürəkağrısı ilə izləməklə yanaşı cəmiyyətin bütün sferaları hadisələri pisləyən fikirlər səsləndirirdilər və əminliklə deyirdik ki, Türkiyə dövləti, Prezident Rəcəb Tayyib Ərdoğan və xalq birliyi qiyamı yatıracaq, ölkəni dəhşətli xaos girdabına düşməyə imkan verməyəcək. Belə də oldu, cənab Ərdoğanın mobil telefonla etdiyi çağırışla xalq qiyamçıların qarşısına çıxdı və ölkəni xilas etdilər – çevriliş cəhdi nəticə vermədi. Təəssüf ki, qanlı olaylarda ölkəyə ziyan dəydi. Hərbçilər mühüm strateji obyektləri ələ keçirdilər. İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də Prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu. Rəsmi rəqəmlərə görə, 265 nəfər şəhid oldu, 104 qiyamçı hərbçi və 161 mülki şəxs şəhid oldu. Amma xalq təslim olmadı. Məhz xalqın birliyi və hakimiyyətin çevik reaksiyası sayəsində çirkin planlar puç oldu”.

Türkiyədə çevriliş arzusunda olan terrorçü düşüncəli insanlara qarşı mübarizənin davam etdiyini deyən JEM sədrinin sözlərinə görə, hüquq mühafizə orqanlarının açıqlamalarından bəlli olur ki, onların xeyli hissəsi FETÖ terror təşkilatı ilə əlaqəlidir: “Bu terrorçular öncə insanların düşüncələrinə təsir etməyə çalışırlar, bunu da xüsusən "təhsil" adı altında gerçəkləşdirərək, əsasən də gənclərin beyinlərini yumağa çalışırlar. Nail olduqda isə onları dövlətinə xalqına qarşı terrora sürükləyirlər. Əlbəttə, bu məsələdə Qərbin də əli var. Çünki bir çox Qərb dövlətləri Türkiyənin güclənməsini, inkişafını qəbul edə bilmirlər. Təsadüfi deyil ki, qardaş ölkənin Avropa İttifaqına gedən yolu hələ də bağlı saxlanılır”.

Ekspertin fikrincə, Azərbaycana qarşı ikili standartların kökündə dayanan əsas məqamlardan biri də bizim ölkənin də Türkiyə kimi qüdrətlənməsi, güclü faktora çevrilməsidir: "Azərbaycan dünyanın həll etmək istəmədiyi, əksər hallarda həllinə nail olduğu Qarabağın və ətraf rayonlarımızın işğalda qalması faktını 30 ildən sonra təkbaşına aradan qaldırdı, ərazilərini azad etdi. Bu prosesdə Türkiyənin qardaş ölkəsi Azərbaycana böyük mənəvi dəstəyi oldu. Təbbi ki, dünya türkiyənin və Azərbaycanın güclənməsini istəmir və manelər yaradır. Ancaq fakt odur ki, bu gün rəsmi Ankaranın imzası olmadan dünyada heç bir layihə həyata keçmir”.

Mərkəz sədri Azərbaycanla Türkiyənin daim birlikdə addım atdığını söyləyərək FETÖ dünyada terror təşkilatı kimi tanınması üçün səylərin birləşdirilməsinin vacibliyini də önə çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti