...

İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir - Elçin Əmirbəyov

Siyasət Materials 1 Avqust 2023 14:37 (UTC +04:00)
İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir - Elçin Əmirbəyov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İsraillə Azərbaycan arasında ikitərəfli əlaqələr ən yüksək həddədir və tərəflər bu dostluq və əməkdaşlığı dərinləşdirməkdə və genişləndirməkdə tam qətiyyətlidirlər.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə "JNS"ə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bu nadir hallardandır ki, ikitərəfli əlaqələrdə problem görmürük. Gördükləriniz aysberqin üst hissəsidir. Əlaqələrimiz hərtərəfli və dinamik olmaqla daima genişlənməkdədir. Bizim müəyyən qırmızı cizgilərimiz var ki, onları heç vaxt tapdalamarıq: biz istədiyimizlə müttəfiq və dost olaraq qalacağıq", - deyə E. Əmirbəyov vurğulayıb.

O, yəhudi əhalinin daima Azərbaycanın bir hissəsi olduğunu qeyd edib.

"Yəhudi əhali ölkələrimizi birləşdirən və bu əlaqəni möhkəmləndirən "canlı körpülər"dir. Bizdə heç vaxt antisemitizm halları olmayıb ki, bu da təkcə müsəlman ölkələi üçün deyil, digər ölkələr üçün də nadir hadisədir", - o deyib.

O, İsrailin təkcə sözdə deyil, əməldə də Azərbaycanın dostu olduğunu əlavə edib.

"İstərdik ki, İsrail biznesi Azərbaycanda öz fəaliyyətini genişləndirsin", - deyə E.Əmirbəyov əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti