Bakı. Trend:
Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılıb.
Trend-in xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin
səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə
alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların
oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin
mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və
ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq
etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq
ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni
təmin etməlidir.