...

Ermənistan Ordubad istiqamətində mövqelərimizi atıcı silahlardan atəşə tutub - MN

Siyasət Materials 8 Sentyabr 2023 15:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən xəbərə görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti