...

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin hesabatını pisləyib

Siyasət Materials 14 Sentyabr 2023 01:57 (UTC +04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin hesabatını pisləyib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin sentyabrın 13-də dərc etdiyi Türkiyə ilə bağlı 2022-ci il hesabatını pisləyib.

Trend-in məlumatına görə, bu barədə Nazirliyin bəyanatında bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, bu hesabat Türkiyəyə mənfi münasibət bəsləyən dairələr tərəfindən yayılan dezinformasiyaya əsaslanır. Həm də haqsız ittihamlar və qərəzlər irəli sürür. Burada, həmçinin haqsız və qərəzlər ittihamlar irəli sürülüb. Nazirlik hesab edir ki, bu hesabat Avropa Parlamentinin həm Türkiyə ilə münasibətlərə, həm də Avropa İttifaqının gələcəyinə kifayət qədər dərin və strateji yanaşmasını əks etdirir.

Bəyanatda həmçinin vurğulanıb ki, Avropa Parlamenti populist siyasət yürütdüyü nümayiş etdirilib və Aİ və regiona düzgün strateji yanaşma inkişaf etdirməkdən uzaqdır.

Xarici İşlər Nazirliyi onu da hesab edir ki, hazırda Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşdırılması imkanının olduğu bir vaxtda Avropa Parlamentinin atdığı addımlar ağlabatan deyil və Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara töhfə vermir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti