...

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur - Şavkat Mirziyoyev

Siyasət Materials 14 Sentyabr 2023 15:15 (UTC +04:00)
Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə iştirakı region ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur - Şavkat Mirziyoyev
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı Mərkəzi Asiya ölkələrinin Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunun sübutudur.

Trend cümə axşamı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi görməyə şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycanla əməkdaşlığının dərin tarixi bağlarının və hazırki yüksək səviyyəsinin daha bir sübutudur", - o deyib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tacikistana səfər edib. Dövlətimizin başçısı hazırda Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti