...

Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü (FOTO)

Siyasət Materials 19 Sentyabr 2023 11:07 (UTC +04:00)
Kərim Vəliyev türkiyəli nümayəndə heyəti ilə görüşdü (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti