...

Azərbaycan antiterror tədbirləri zamanı yüksək peşəkarlıq nümayiş etdirdi - Deputat

Siyasət Materials 21 Sentyabr 2023 15:30 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 44 günlük Vətən müharibəsində kapitulyasiyasından sonra 2020-ci il 10 noyabr tarixli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədi, əksinə, yeni təxribatlara əl atdı, mina terrorunu davam etdirdi. Vətən müharibəsindən sonra 400-ə yaxın vətəndaşımız erməni mina terrorunun qurbanına çevrilib. Mina terroru üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə edilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, Ermənistanın bütün bu qanunsuz əməlləri lokal antiterror tədbirlərinin həyata keçirilməsini zərurətə çevirdi.

“Azərbaycan öz əhalisinin təhlükəsizlini təmin etməli, qanunsuz silahlı dəstələri, separatçı qüvvələri öz ərazisindən təmizləməli idi. Bu məqsədlə Azərbaycan təqribən 23 saat davam edən antiterror tədbirləri həyata keçirdi və Azərbaycan ordusu qarşısında aciz qalan separatçılar ağ bayraq qaldıraraq təslim oldular, Azərbaycanın şərtlərini qəbul etdilər. Azərbaycan bu tədbirlər zamanı yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdirərək yalınz hərbi obyektləri, hərbi texnikaları zərərsizləşdirdi, heç bir mülki obyekt, əhali hədəfə alınması və onlara heç bir zərər yetirilmədi”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycan lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün strateji hədələrə nail oldu.

“Kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü, qanunsuz silahlı dəstələr tərkisilah edildi, Azərbaycan öz suveren əraziləri üzərində nəzarəti tam bərpa etdi.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini, canlı qüvvəsini və texnikasını bizim ərazimizdən çıxarmamışdı. Aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi məhv edildi. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, heç kim bizimlə diktə dili ilə danışa bilməz, müxtəlif təxribatlar və təzyiqlər vasitəsilə biz haqq yolumuzdan döndərə bilməz”, - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə öz xəbərdarlığını etdi ki, qanunsuz erməni sihalı dəstələri Azərbaycan ərazisindən çıxarılmalıdır.

“Lakin Ermənistan və havadarları düşünürdülər ki, müxtəlif təxribatlara əl atmaqla Azərbaycana təzyiq göstərə biləcəklər. Lakin atniterror tədbirləri ilə Azərbaycan onların bütün “arzuları”nı iflasa uğratdı”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti