Bakı. Trend:
2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviç Prezident İlham Əliyevə təbrik məktubu yollayıb.
Trend xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri!
Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması
münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazda ədalət, sabitlik və bütün xalqların rifahı üçün
əsas şərt idi. Qarabağ Azərbaycana məxsusdur və daim onun bir
hissəsi olacaqdır.
Cənab Prezident, Azərbaycanın Bosniya və Herseqovina ilə münasibətlərinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Sizinlə 2024-cü ilin martında XI Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm".