...

Avropa Parlamentinin qərəzli qətnaməsinin bumeranq effekti - Ermənistan yenə dalana dirəndi (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 6 Oktyabr 2023 21:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli qətnamə qəbul etdi. Əslində AP-nin bu cür qətnamə qəbul etməsi təəccüblü deyil, ancaq məsələ orasındadır ki, reallıqlar dəyişib, AP bu cür qətnamələr qəbul etməklə əslində havadarlıq etdiyi Ermənistana zərbə vurmuş olur.

Azərbaycan artıq ərazi bütövlüyünü tam bərpa edib, münaqişəyə son qoyub, separatçıları ard-arda həbs edir. AP-nin hər hansı qətnamə qəbul etməsi vəziyyəti dəyişə bilməz, indiyə qədər qəbul edilən digər qətnamələr kimi sadəcə bir kağız parçasıdır. Burada əsas zərbə Ermənistana dəyir, çünki AP-nin bu cür qərəzli qətnaməsi nəticəsində Ermənstan növbəti dəfə regionun iqtisadi layihələrinə qoşulmaq imkanını əldən vermiş və dalana dirənmiş, kənarda qalmış dövlət statusunu daha da möhkəmlətdi.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi ikili standartların növbəti təzahürüdür.

“Azərbaycanın qələbəsi ilə barışmayan qüvvələr artıq ortadadır. Avropa Parlamenti Azərbaycanın qələbəsini, torpaqlarının işğaldan azad etməsini, ərazi bütövlüyünü tam təmin etməsini həzm edə bilmir.

Belə olduğu təqdirdə, təbii ki, qərəzli qətnamələr çıxır ortaya. Avropa Parlamentində erməni diasporu aktiv fəaliyyət göstərir. Avropa Parlamentində bir sıra deputatlar, xüsusilə Fransadan olan deputatlar erməni lobbisinin təsiri altındadır. Belə olan halda isə, onlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edirlər. Ancaq bu qətnamələr kağız parçasından başqa bir şey deyil”, - deyə deputat əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti