Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstanda keçirilən MDB Xarici İşlər Nazirləri Şurasında müzakirə edilən məsələləri açıqlayıb.
Trend xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.
"Bişkekə işgüzar səfərim çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasında iştirak etməkdən və bəyanatla çıxış etməkdən məmnunam. İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, rabitə, təhsil, idman və s. sahələrdə geniş spektrli məsələləri müzakirə etdik",- deyə XİN rəhbəri əlavə edib.
Qeyd edək ki, bu gün Qırğız Respublikasının paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurası öz işinə başlayıb.