...

254 prokurorluq əməkdaşı dövlət təltiflərinə layiq görülüb - Kamran Əliyev

Siyasət Materials 14 Oktyabr 2023 10:53 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

254 prokurorluq əməkdaşı dövlət təltiflərinə layiq görülüb.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Baş prokuror bildirib ki, prokurorluğun 105 illiyi münasibətilə 7 prokurorluq əməkdaşına Prezident İlham Əliyev tərəfindən ali rütbələr verildi:

"19 prokurorluq əməkdaşı müxtəlif dövlət mükafatları ilə təltif edildi. Bizə göstərilən etimadı və öz məsuliyyətimizi dərk edirik".

Qeyd edək ki, oktyabrın 14-də Baş Prokurorluqda “Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar” təntənəli mərasim keçirilir. Tədbirdə Baş prokuror Kamran Əliyev də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti