Bakı. Trend:
Prezident İlham Əliyevin Ağdərədə, Xankəndidə, Sərsəng su anbarının ərazisində, Xocalı şəhərində, Əsgəranda, Xocavənd şəhərində ucaltdığı Azərbaycan bayrağı heç zaman enməyəcək.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri
Cahid Bağçı “500 illik uğurlu siyasət:
Keçmişdən bu günə Türkiyə Xarici İşlər Təşkilatı” adlı tədbirdə
deyib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olub.
“Bu bayraq heç zaman enməyək. Cənab Prezident İlham Əliyevi, qardaş Azərbaycanı təbrik edirəm, zəfəriniz xeyirli olsun”, - deyə səfir əlavə edib.