...

Almaniyanın XİN rəhbəri Azərbaycana gələcək

Siyasət Materials 1 Noyabr 2023 17:16 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbayacana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbədən bildiriblər.

Agentliyin müsahibi səfərin noyabrın 4-də baş tutacağını deyib.

KİV-də yayılan məlumata görə, Berbok, həmçinin, Ermənistana səfər edəcək.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında müqavilə-hüquqi bazası kifayət qədər genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi nəzərdən keçirilməkdədir.

Son 30 il ərzində iki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyəyə çatıb. Azərbaycanda 200-dən çox Almaniya şirkəti qeydiyyatdan keçib, bunlardan təqribən 170-i Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvüdür. Bu şirkətlər energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bankçılıq, sığorta və ticarət kimi sahələrdə fəaliyyət göstərir.

Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2022-ci ildə 1,25 milyard dollardan çox olub. Bunun 591,3 milyon dolları Azərbaycan ixracının, 663,5 milyon dollar isə idxalın payına düşüb. Son il ərzində Almaniya Azərbaycanın xarici ticarətinin ümumi həcmində 8-ci yer tutub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti