...

Xankəndidə Azərbaycan bayrağının ucaldılması növbəti parlaq qələbədir - Sevinc Hüseynova

Siyasət Materials 7 Noyabr 2023 13:59 (UTC +04:00)
Xankəndidə Azərbaycan bayrağının ucaldılması növbəti parlaq qələbədir - Sevinc Hüseynova
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı tarixinin ən şanlı gününü qeyd etmək ərəfəsindədir. Üç il bundan öncə Vətən Müharibəsi gedirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz xalqımıza torpaqlarımızın işğaldan azad olunması xəbərlərini verirdi. Hər bir gün bizi zəfərə yaxınlaşdırırdı. 8 noyabr tarixində isə Azərbaycanın mədəniyyət paytaxtı və böyük strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyini həll etdi. Rəsmi İrəvanı məcbur etdi ki, kapitulyasiya aktını imzalasın.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O bildirib ki, bəziləri düşünürdü Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq:

“Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı".

Deputat əlavə edib ki, BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktiki müstəviyə keçirdiklərini aydın nümayiş etdirdi.

“Lakin onlar yanılırdılar. Müharibədən keçən 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı olmuş və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatmışdır. Belə ki, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə olub. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti