...

Qazaxıstan Orta Dəhliz çərçivəsində layihələrin maliyyələşdirilməsini artırmağa çalışır - nazir müavini (Eksklüziv müsahibə)

Siyasət Materials 17 Noyabr 2023 08:24 (UTC +04:00)
Qazaxıstan Orta Dəhliz çərçivəsində layihələrin maliyyələşdirilməsini artırmağa çalışır - nazir müavini (Eksklüziv müsahibə)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində layihələrin maliyyələşdirilməsinin artırılmasına yönəlmiş proqramlar hazırlayır.

Bunu Trend-ə Qazaxıstanın Milli İqtisadiyyat nazirinin müavini Bauyrjan Kudaybergenov bildirib.

"Son geosiyasi hadisələri nəzərə alaraq, Orta Dəhlizin əhəmiyyəti artır. Biz öz tərəfimizdən maliyyələşməni artırmağa, Orta Dəhliz üçün infrastrukturu uyğunlaşdırmağa çalışırıq. Hazırda biz Orta Dəhliz çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsinə, maliyyələşdirmənin artırılmasına, investisiyaların cəlb edilməsinə yönəlmiş proqramlar hazırlayırıq”, - deyə Kudaybergenov bildirib.

Onun sözlərinə görə, hazırda Xəzər dənizində Kurık limanının genişləndirilməsi, yolların çəkilməsi, infrastrukturun Çinlə sərhəddən Kurık limanına qədər genişləndirilməsi istiqamətində işlər aparılır. Bu liman vasitəsilə mallar Azərbaycana, oradan isə Gürcüstana, Türkiyəyə və Avropaya göndəriləcək.

"Qazaxıstan hökuməti bu nəqliyyat marşrutunun inkişafı istiqamətində mühüm addımlar atır", - nazir müavini əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti