...

“Qırmızı Körpü” postunun yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

Siyasət Materials 23 Noyabr 2023 16:12 (UTC +04:00)
“Qırmızı Körpü” postunun yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

Bakı. Trend:

"Qırmızı Körpü", “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.

Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək.

Ətraflı:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti