Bakı. Trend:
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və digər rəsmi şəxslər qarşılayıblar.