...

Biz şadıq ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri ölkənin bütün ərazisini əhatə edir - Qarabağ müharibəsi veteranını

Siyasət Materials 7 Fevral 2024 11:35 (UTC +04:00)
Biz şadıq ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri ölkənin bütün ərazisini əhatə edir - Qarabağ müharibəsi veteranını
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkilərinin ölkənin bütün ərazisini əhatə etməsi bizi sevindirir.

Bu sözləri seçici, Qarabağ müharibəsi veteranı Rüstəm Şəfiyev Trend-ə bildirib.

"Azərbaycan uzun illər ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalından sonra ərazi bütövlüyünün bərpa olunduğu şərəfli dövrlərdən keçir. Qəhrəmanlarımıza, şəhidlərimizə Allah rəhmət eləsin! İşğaldan azad edilmiş Xankəndidə, Laçında, Şuşada və Qarabağın digər şəhərlərində səsvermənin keçirilməsi xüsusilə sevindirici hadisədir.

Artıq səhər saatlarında böyük fəallıq müşahidə olunur, vətəndaşların Vətənimizin gələcəyi naminə öz seçimlərini etməyə çalışdıqları aydın görünür. Hər birimiz ölkənin çiçəklənməsi, cəmiyyətin inkişafı, demokratik dəyərlər, milli adət-ənənələrin qorunub-saxlanması naminə hər şeyi etməliyik”, - deyə Rüstəm Şəfiyev bildirib”, - deyə Rüstəm Şəfiyev bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti