...

Zoran Yankoviç Prezident İlham Əliyevi təbrik etdi

Siyasət Materials 23 Fevral 2024 16:45 (UTC +04:00)
Zoran Yankoviç Prezident İlham Əliyevi təbrik etdi

Bakı. Trend:

Sloveniya Respublikasının Lyublyana şəhərinin meri Zoran Yankoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Prezident seçkilərində qələbəniz münasibətilə Sizə öz adımdan və Lyublyana şəhərinin rəhbərliyi adından səmimi təbriklərimizi çatdırıram.

Xalqın etimadını və inamını qazanaraq əldə etdiyiniz qələbə Sizin fədakarlığınızın, uğurlu liderliyinizin və Azərbaycan Respublikasının gələcəyi ilə bağlı baxışınızın göstəricisidir. Əminəm ki, Sizin növbəti səlahiyyət müddətiniz də rifah, nailiyyətlər və xalqın arzularının reallaşdırılması ilə əlamətdar olacaq. İnanırıq ki, bu yeni müddətdə də müdriklik və xeyirxahlıq Sizin fəaliyyətinizin əsas qayəsi olacaq.

Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə mən də Sizin rəhbərliyinizlə əldə ediləcək bütün nailiyyətləri və gələcək inkişafı səbirsizliklə gözləyirəm. Odlar Yurdunda alovun heç vaxt sönməməsini arzulayıram.

Sizə uğurlar diləyirəm.

İstənilən zaman Lyublyana şəhərinə dəvətlisiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti