...

Azərbaycan ABŞ-nin din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsindən təəssüflənir - Elçin Əmirbəyov

Siyasət Materials 26 Fevral 2024 17:00 (UTC +04:00)
Azərbaycan ABŞ-nin din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsindən təəssüflənir - Elçin Əmirbəyov

Bakı. Trend:

Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu fikirləri ABŞ-nin “Zenger” portalında dərc olunan məqalədə yer alıb.

Azərbaycanın ABŞ-nin din azadlığına görə xüsusi nəzarət siyahısına daxil edilməsinə münasibət bildirən E.Əmirbəyov ölkəmizin bu qərardan təəssüfləndiyini vurğulayıb:

“Biz bu qərəzli və əsassız fikirləri rədd edirik. Roma Papası Fransisk 2016-cı ildə ölkəmizə səfəri zamanı Azərbaycanı dini tolerantlıq modeli kimi qiymətləndirib. Biz heç bir siyasi konyunkturadan asılı olmayan dini müxtəlifliyimizlə fəxr edirik. Müsəlman, yəhudi və ya xristian olmasından asılı olmayaraq, hamımız bir ailəyik. Bu, bizim genofondumuzun bir hissəsidir”.

Xəbər lenti

Xəbər lenti