...

Axar su içə bilmirik, ölü su içirik - Deputat

Siyasət Materials 28 Fevral 2024 12:31 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vətəndaşların 10 nəfərdən azı 4-5-i su filtrlərindən istifadə edir. Tələbatın çox olmasını nəzərə alaraq bazarda istənilən qiymətə su filtri satışa çıxarılıb. Bu su filtrləri nə dərəcədə standarta cavab verir?

Trend xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, yaranmış bir çox xəstəliklərin səbəbi su ilə bağlıdır:

"Axar su içə bilmirik, ölü su içirik. Həmçinin, su filtrlərinə aldanaraq, təmiz su qəbul edirik deyirik, amma nəticədə təmiz su içmirik", -deyə deputat bildirib.

Xəbər lenti

Xəbər lenti