...

Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY

Siyasət Materials 9 Mart 2024 13:20 (UTC +04:00)
Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbin, Avropanın birbaşa təlimatı ilə həyata keçirilən “islamafobiya” fəaliyyəti son zamanlar geniş vüsət almaqdadır və bu, olduqca qorxulu tendensiyadır.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O bildirib ki, əsasən, riyakar Fransa məlum kontekstdə çox aktiv görünür və üstəlik, öz ölkəsində bərqərar etdiyi islamofobiya ilə kifayətlənməyərək, kənar dövlətlərə, beynəlxalq təşkilatlara da eyniadlı məzmunda təsir göstərməyə çalışır.

“Əlbəttə, bunların məqsədi bəllidir və həmin məqsəd ondan ibarətdir ki, özləri kimi düşünməyənləri meydandan çıxdaş eləsinlər, İslamı gözdən salsınlar və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirsinlər.

Eyni zamanda, bir məqamı xüsusi vurğulamaq lazımdır ki, bu gün erməni təbliğatının yedəyinə çevrilən bəzi Avropa dövlətlərinin elədiyi riyakarlıqlar, Avropa Şurasında Azərbaycana qarşı sərgilənən ədalətsizliklər, Qərbin casus şəbəkəsinin, demək olar, bütün islampərvər ölkələrdə aktiv fəaliyyətə başlaması və sair bu kimi icraatlar da məlum qəbildəndir, eyni tendensiyanın istiqamətləridır, islamofobiyanın əlamətləridir.

Təbii, bu cür gedişatla islamofob qüvvələr heç nəyə nail ola bilməyəcəklər. Əsas da günbəgün güclənən Türk birliyi və bütöv Türk ailəsinin mövqeyi imkan verməyəcək ki, həmin qüvvələr öz riyakar məqsədlərinə çata bilsinlər”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti