...

Zəngəzur dəhlizi açılmalı, Ermənistan gerbindən Ağrı dağını çıxarmalıdır - Binəli Yıldırım

Siyasət Materials 14 Mart 2024 12:21 (UTC +04:00)
Zəngəzur dəhlizi açılmalı, Ermənistan gerbindən Ağrı dağını çıxarmalıdır - Binəli Yıldırım
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngəzur dəhlizi mütləq açılmalıdır.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım jurnalistlərə açıqlamasında deyib.

"Bu atəşkəs razılaşmasında da əks olunub. Qarabağ münaqişəsinin həllindən sonra Ermənistan ölkəsini blokadadan çıxarmaq üçün fürsət əldə edib. Konstitusiyaları dəyişməlidir, Ermənistan bölücü məqsədlərindən əl çəkməlidir. Ağrı dağının simvolunu çıxarmalıdırlar",- o əlavə edib.

Xatırladaq ki, 10 noyabr 2020-ci ilə tarixində imzalanan Üçtərəfli Bəyanata əsasən tərəflərin (Azərbaycan, Ermənistan, Rusiya) razılığına əsasən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti