...

İqlim dəyişiklərinin öhdəliyi kiçik dövlətlərin üzərində olmamalılıdır - Binəli Yıldırım

Siyasət Materials 15 Mart 2024 12:10 (UTC +04:00)
İqlim dəyişiklərinin öhdəliyi kiçik dövlətlərin üzərində olmamalılıdır - Binəli Yıldırım
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişiklərinin öhdəliyi yalnız kiçik dövlətlərin üzərində olmamalılıdır.

Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım XI Qlobal Bakı Forumunda çərçivəsinə keçirilən “Həyatımızın maliyyələşdirilməsi: iqlim ədaləti” adlı panel müzakirəsində çıxışı zamanı deyib.

“Havanı çirkləndirənlər öz məsuliyyətini qəbul etməlidir. İqlim dəyişikliyi bugün baş verən hadisə deyil. Gələcək illərdə bu çox qəliz məsələyə çevriləcək. Bu səbəbdən biz çox sürətli hərəkət etməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti