Bu gün Qərb ölkələrinin bəzilərinə, xüsusilə də Fransaya nəzər salanda, bu ölkələrin necə acınacaqlı durumda olduqlarını görürük. Buna səbəb isə həmin ölkələrə qorxaq, siyasi baxımdan cılız ambisiyalarla yaşayan və dövlət adına hər hansı qətiyyətli addım atmaq iqtidarında olmayan şəxslərin rəhbərlik etməsidir. Bir sözlə həmin ölkələrdə lider böhranı yaşanır.
Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, qeyd edib ki, bu sırada Emmanuel Makron xüsusilə “fərqlənir”.
“Biz Makronun timsalında qorxaq və cılız bir rəhbər, idarəçilik qabiliyyəti sıfırın altında olan bir siyasətçi görürük. Onun növbəti bıabırçı qorxaqlığı isə Ukrayna məsələsində ortaya çıxdı. Bu zavallı əvvəlcə Ukraynaya yardım vəd etdi, daha sonra bir qədər də irəli gedərək ordu yeridəcəyini dedi. Amma qorxdu və heç bir şey etmədi. İmkanlarından artıq iddialarda olan E.Makron Rusyanın qorxusundan 3-cü dəfədir Ukraynaya səfərini təxirə salır”, o deyib.
V.İskəndərov vurğulayıb ki, Makron və onun kimi digər bəzi Qərb siyasətçiləri öz qorxaqlıqlarını pərdələmək üçün gercək liderlərə qarşı hücuma keçirlər: “Çünki onlar dünya siyasətində lider kimi qəbul olunan nüfuzlu siyasətçilərdən çəkinir, bu liderləri qısqanırlar. Bu kontkestdə Qərb dairələri müstəqil siyasət apararaq öz xalqının milli maraqlarını həyata keçirən, ölkəsinin mənafelərini qorumağı bacaran İlham Əliyev kimi liderlərə qısqanclıqla yanaşır, onları qəbul etmək istəmirlər”.