Bakı. Trend:
Azərbaycan artıq bölgənin ən güclü ölkəsidir.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
“Azərbaycan Cənubi Qafqazda çox önəmli rol oynayır. Türkiyə Azərbaycanla bir çox sahədə əməkdaşlıq edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır”, - deyə o bildirib.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.