...

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə maksimum köməklik göstərməyə hazırdır - Zaxarova

Siyasət Materials 27 Mart 2024 19:03 (UTC +04:00)
Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə maksimum köməklik göstərməyə hazırdır - Zaxarova
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası prosesinə maksimum köməklik göstərməyə hazırdır.

Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Biz öz tərəfimizdən bu işə Rusiyada nadir kartoqrafik materialların mövcudluğunu nəzərə alaraq maksimal dərəcədə yardım etməyə hazırıq. Analoji prinsiplər Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da tətbiq oluna bilər. Söhbət Azərbaycanın qərb rayonlarını Ermənistanın Sünik rayonu ərazisindən keçməklə Naxçıvanla birləşdirən marşrutdan gedir", - o deyib.

Zaxarova vurğulayıb ki, kompromisləri inkişaf etdirmək üçün yaxşı qurulmuş mexanizm var - bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupudur.

"2023-cü il iyunun 2-də keçirilən son iclasda tərəflər regionda nəqliyyat və iqtisadi marşrutların bağlanması üçün hərtərəfli, qarşılıqlı faydalı qərar qəbul etməyə yaxın idilər. Biz tərəfdaşlarımızı siyasi iradə nümayiş etdirməyə və qurulmuş üçtərəfli formatlar, o cümlədən Üçtərəfli İşçi Qrupu arasında qarşılıqlı fəaliyyəti bərpa etməyə çağırırıq", o vurğulayıb.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti