...

Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

Siyasət Materials 2 Aprel 2024 15:17 (UTC +04:00)
Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib - SƏRƏNCAM

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edilib.

Trend-in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamla Komissiyanın üzvləri siyahısından Fikrət Məmmədov çıxarılıb. Həmin siyahıya ədliyyə naziri Fərid Əhmədov əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti