...

İran ABŞ-ın bölgədəki bazalarına hücum etməyəcək - Abdullahian

Siyasət Materials 14 Aprel 2024 16:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın bölgədəki amerikalılara və ABŞ bazalarına hücum etmək niyyəti yoxdur.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz amerikalılara və ya regiondakı ABŞ bazalarına hücum etmək fikrində deyilik, lakin region ölkələrində yerləşən ABŞ bazalarından bizə hücum edilərsə, onlara hücum etmək məcburiyyətində qalacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti