...

Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Siyasət Materials 21 Aprel 2024 16:30 (UTC +04:00)
Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissələrinin delimitasiyası ilə bağlı razılığın əldə olunması ilə əlaqədar Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Petersson "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Trend xəbər verir ki, dövlət katibi yazıb: “Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti